25.8 C
Gence
25.8 C
Gence

Gəncə sakininin Şəmkirdə qızılları oğurlanıb

Gəncə sakini Şəmkirdə qarət olunub. Bu haqda 11 dekabr tarixində Daxili İşlər Nazirliyi məlumat paylaşıb.

Şəmkir rayon ərazisində kirayədə qalan A.Zeynalova polis şöbəsinə müraciət edib. O, bıçaqla hədələnərək 15.000 manat dəyərində zinət əşyaları, mobil telefon və pulqabısının alındığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş S.Misirov saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.

Ən Çox Oxunan