19.7 C
Gence
19.7 C
Gence

Gəncə sakininin avtomobilindən 2 telefon və 2 planşet oğurlanıb

Gəncədən olan qadın soyğunçuluğa məruz qalıb. Bu haqda 19 aprel tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat veririk.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşları əməliyyat keçiriblər. Nəticədə əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Laçın rayon sakini H.Şahverdiyev saxlanılıb.

O, Gəncə şəhər sakini olan bir qadının “Dodge” markalı avtomobilində 2 azyaşlı nəvəsinin 2 ədəd telefon və 2 ədəd planşetlərini soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Ən Çox Oxunan