19.7 C
Gence
18.5 C
Ganja

Gəncə sakinini cərəyan vuraraq öldürüb

Gəncə sakini bədbəxt hadisənin qurbanı olub. Bu haqda məlumatı iyunun 7-si Report-a istinadən veririk.

62 yaşlı Ş.Məmmədov yaşadığı fərdi evin həyətində tut ağacına çıxıb. Kişi ehtiyatsızlıqdan ağacın yaxınlığından keçən elektrik xəttinə toxunub. Nəticədə onu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.