25.8 C
Gence
25.8 C
Gence

Gəncə sakinindən üç növdə narkotik tapılıb

Gəncə sakini narkotik üstündə saxlanılıb. Bu haqda 31 yanvar tarixində Daxili İşlər Nazirliyi məlumat paylaşıb.

Polis əməkdaşları şəhər ərazisində əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə şəhər sakini İ.Rüstəmov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 33 qramdan çox heroin, 17 qramdan artıq metamfetamin və 112 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan