24.7 C
Gence
24.7 C
Gence

Gəncə sakini xəstəliyi olan qızın adını istifadə edərək dələduzluq edib

Gəncə sakini sosial şəbəkə vasitəsi ilə dələduzluq edib. Bu haqda Gencexeber.az 30 oktyabr tarixində Report-a istinadən məlumat verir.

Vətəndaşlardan birinin şikayəti əsasında, Səbail Rayon Polis İdarəsinin əməkdaşları Gəncə sakini Rafiq Cəfərovu saxlayıblar.

İlkin məluamata əsasən, Cəfərov “Instagram” sosial şəbəkəsində səhifə yaradaraq leykoz xəstəliyindən əziyyət çəkən qızının şəkillərini yerləşdirib. Ona müraciət edən sosial şəbəkə istifadəçilərinə bank kartı göndərərək pulun ora köçürülməsini tələb edib.

Faktla bağlı araşdırmalar aparılır.

Ən Çox Oxunan