24.1 C
Gence
24.1 C
Gence

Gəncə sakini qaynı tərəfindən bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb. Bu haqda 10 fevral tarixində Apa-ya istinadən məlumat veririk.

Hadisə şəhərin Atatürk prospektində baş verib. 50 yaşlı Araz Bayramov bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. O, bud nahiyəsindən yaralanıb. Xəsarət alan şəxsin yarası tikilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, Bayramov qaynı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.

 

Ən Çox Oxunan