25.4 C
Gence
18.5 C
Ganja

Gəncə sakini paytaxt ərazisində quldurluq edib

Paytaxt ərazisində quldurluq edən Gəncə şəhər sakini saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin YouTube kanalında 24 noyabr tarixində xəbər verilir.

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri keçiriblər. Əvvəllər məhkum olunmuş İlkin Məmmədov saxlanılıb.

Məmmədov yetkinlik yaşına çatmayan məktəblini bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.