27.5 C
Gence
27.5 C
Gence

Gəncə sakini oğlunu narkotik vasitələrlə təmin etmək istəyib

Gəncə sakini məhkum oğluna narkotik vasitə göndərib. Bu haqda 11 oktyabr tarixində Ədliyyə Nazirliyinin rəsmi saytında xəbər paylaşılıb.

Gəncə şəhər sakini Leyla Şükürova poçt vasitəsilə qış gödəkçəsini göndərib. Onun astarına baxış keçirilən zaman ümumi çəkisi 0,040 qram psixotrop maddə olan metodon aşkar olunub.

Qeyd edək ki, Şükürovanın oğlu Elsevər 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hal-hazırda 11 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayır.

11 saylı cəzaçəkmə müəssisəsinə penitensiar xidmətin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınmışdır.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan