10.3 C
Gence
10.3 C
Gence

Narkotik təsiri altında olan şəxs 2 il müddətinə sürücülük hüququndan məhrum olunub

Gəncə şəhər sakini narkotik vasitənin təsiri altında avtomobil idarə edib. Bu haqda Gencexeber.az 26 oktyabr tarixində DİN-nin mətbuat xidmətinə istinadən məlumat verir.

Oktyabrın 21-də saat 19 radələrində Şəmkir rayonu ərazisində “Opel” markalı avtomobil yoxlama nəzarət qaydasında saxlanılıb.

Sürücü, Gəncə şəhər sakini Ehtiram Fərzəliyevin narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində protokol tərtib olunub və Şəmkir rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə E.Fərzəliyevin nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılıb. Bundan əlavə, o, 5 gün müddətinə inzibati qaydada həbs olunub.

 

Ən Çox Oxunan