24.8 C
Gence
24.8 C
Gence

Gəncə sakini maşını ilə 1 kiloqramdan çox heroin aparırmış

Gəncə sakininin avtomobilinə baxış keçirilən zaman narkotik vasitələr aşkar edilib. Bu haqda Daxili İşlər Nazirliyinin saytında məlumat dərc edilib.

Kürdəmir rayonu ərazisində polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində N.Yusibovun idarə etdiyi “Changan” markalı avtomobil saxlanılıb.

Şəxsi axtarış zamanı sərnişin T.Mürsəlovdan metamfetamin, maşına baxış zamanı isə 1 kiloqram 20 qram heroin və 365 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan