Gəncə sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Bu haqda 25 iyul tarixində Report-a istinadən məlumat veririk.
Hadisə Laçın rayonunun Güləbird kəndində qeydə alınıb. Taxıl sahəsində işləyən Goranboy rayon sakini, 1969-cu il təvəllüdlü Müşfiq Əliyevin idarə etdiyi “Claas-630” markalı kombayn aşıb. Nəticədə nəqliyyat vasitəsinin içərisində olan digər sürücülər – Gəncə şəhər sakini, 32 yaşlı Kazım Abbasov və Samux rayon sakini, 43 yaşlı Yusif Abışov yerindəcə dünyasını dəyişib. Müşfiq Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.