25.8 C
Gence
25.8 C
Gence

Gəncə sakini kafedə bıçaqlanıb

Gəncədə 8 dekabr tarixində bıçaqlanma hadisəsi baş verib. Bu haqda APA-ya istinadən məlumat veririk.

İnsident Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. 40 yaşlı Bəhmən Hüseynov kafedə bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib və yarası dərhal tikilib. Vətəndaşın vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, kişinin oğlu, 18 yaşlı Namiq Hüseynov tərəfindən bıçaqlandığı deyilir. Faktla bağlı araşdırma aparılır.

 

Ən Çox Oxunan