14.7 C
Gence
14.7 C
Gence

Gəncə sakini Bakıda özünü atıb

26 yaşlı Gəncə sakini intihar edib. Bu haqda 12 mart tarixində Kriminalqafqaz-a istinadən məlumat veririk.

Hadisə Bakının Yasamal rayonunda qeydə alınıb. Gəncə şəhər sakini Asif Tağızadə yaşadığı binanın 13-cü mərtəbəsinin pəncərəsindən özünü atıb.

Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.

Qeyd edək ki, 26 yaşlı gənc intihar etdiyi mənzildə kirayə yaşayırdı.

Ən Çox Oxunan