Gəncə sakini Sabirabad rayonu ərazisində saxlanılıb. Bu haqda 23 dekabr tarixində Report-a istinadən məlumat veririk.
Yol Polis idarəsi əməkdaşlarının apardıqları əməliyyatlar nəticəsində Gəncə şəhər sakini Sabir Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil Sabirabadda postda saxlanılıb. Məlum olub ki, sürücü sükan arxasında ikən narkotik vasitənin təsiri altında olub.
Faktla bağlı protokol tərtib edilib. Sabirabad rayon Məhkəməsinin qərarı ilə Əliyev 9 ay müddətinə sürücülük hüququndan məhrum edilib.