26.9 C
Gence
23.5 C
Ganja

Gəncə sakini 10.000 manat udub

Gəncə sakini böyük uduşun sahibi olub. Bu haqda məlumatı iyulun 13-ü “Azerlotereya” ASC-yə istinadən veririk.

Bununla bağlı “Azerlotereya” öz Facebook səhifəsində paylaşım edib. Bildirilib ki, Gəncə şəhər sakini “Uğurlu 7” ani lotereyasında 10.000 manat qazanıb.

Xatırladaq ki, ötən ilin sentyabr ayında şəhərimizin digər sakini 100.000 manat udmuşdur.