Son həftə ərzində Gəncədə daha 3 şadlıq sarayı karantin qaydalarını pozub. Onların rəhbər heyəti həbs edilib.
Keçirilən toy mərasimlərinin təşkili zamanı iştirakçıların icaze.e-gov.az portalında qeydiyyatdan keçirilmədiyi aşkarlanıb.
Məhkəmənin qərarı ilə “Tural” və “Min Bir Gecə” şadlıq saraylarının rəhbərlərinə – 25 gün, “Gəncə Palas”-ın isə 10 gün inzibati qaydada həbs tətbiq olunub.
Daha öncə iyulun 16-sı “Sevincim” şadlıq sarayı normadan artıq qonaq qəbul etməsi aşkarlanmışdır. Restoran sahibi Elşən Hüseynov 8 gün inzibati həbs edilmişdir.