25.4 C
Gence
18.5 C
Ganja

Gəncə: sərbəst güləşçi Cavid Cavadov “İdman Ustası” adı alıb

Gəncədə idmançılar və media nümayəndələri təltif ediliblər. Bu haqda Gencexeber.az 12 noyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat verir.

Tədbir Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin binasında keçirilib. Sərbəst güləşçi Cavid Cavadov “İdman Ustası” adına layiq görülüb. Ona döş nişanı və vəsiqə təqdim olunub.

Həmçinin 8 noyabr – Zəfər günü münasibəti ilə media sahəsində göstərilən dəstəyə görə Kəpəz televiziyasının əməkdaşlarına təşəkkürnamə verilib.