19 C
Gence
19 C
Gence

Gəncə: restoran inzibatçıları həbs edildi

Gəncədə aparılan yoxlama zamanı şadlıq saraylarında karantin qaydalarının pozulması aşkar edilib. “Firüzə” və “Sübhan” şadlıq saraylarının rəhbərləri həbs olunublar. Bu barədə 28 iyul DİN məlumat verib.

Bundan başqa, Polis əməkdaşları Gəncədə yerləşən şadlıq saraylarının rəhbərləri ilə görüşlər keçirib. Karantin qaydaları barəsində məlumatlar verilib. İşçilərin vaksinasiya pasportları yoxlanılıb. 

Mərasimlərdə qonaqların COVİD-19 pasportları yoxlanılıb. Pasportu olmayanlar restorana buraxılmayıb. 

Bundan öncə, 21 iyul tarixində “Tural” və “Min Bir Gecə” şadlıq saraylarında karantin qaydalarına riayət olunmaması qeydə alınmışdır. Restoran rəhbərləri 25 gün müddətə həbs edilib.

 

Ən Çox Oxunan