23.2 C
Gence
23.2 C
Gence

“Gəncə-Şərab-2”nin xalis mənfəəti 20,7 faiz azalıb

Gəncədə şirkətlərdən birinin xalis mənfəəti azalıb. Bu haqda 29 aprel tarixində Marja-ya istinadən məlumat veririk.

Söhbət şərab, konyak və araq istehsal edən “Gəncə -Şərab-2” ASC-dən gedir. Şirkət 2022-ci ili 2 milyon 579 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə isə bu göstərici 3 milyon 254 min manat təşkil etmişdir. Beləliklə, ötən il “Gəncə -Şərab-2”nin xalis mənfəəti 675 min manat və ya 20,7 faiz azalıb.

“Gəncə -Şərab-2” ASC-nin satışdan gəlirləri 2021-ci ildə 15 milyon 386 min manat ikən, 2022-ci ildə 15 milyon 199 min manata düşüb (187 min manat azalıb). Satışın maya dəyəri isə 2 milyon 73 min manat artaraq 13 milyon 293 min manat təşkil edib. Maya dəyərinin artması ilə əlaqədar olaraq, şirkətin ümumi mənfəəti 2,2 dəfə azalaraq 2021-ci ildəki 4 milyon 167 min manatdan 2022-ci ildə 1 milyon 907 min manat geriləyib.

Ən Çox Oxunan