25.5 C
Gence
17.5 C
Ganja

Gəncə Qazaxıstanın şəhəri ilə əmədaşlıq sənədi imzalaya bilər

Gəncə ilə Şımkent şəhərlərinin arasında əməkdaşlıq haqqında sənədin imzalanması nəzərdə tutulur. Bu haqda 25 avqust tarixində Report-a istinadən məlumat veririk.

Bu barədə Şımkent şəhərinin nümayəndə heyətinin üzvü, məsləhət katibi Bahadır Narımbetov Bakıda keçirilmiş tədbirdə çıxışı zamanı qeyd edib.

“Azərbaycan və Qazaxıstan qardaş ölkələrdir. Xalqlarımızı ümumi tarix, mədəniyyət və din birləşdirir”, – Qazaxıstanın turizm potensialına həsr olunmuş tədbirdə Narımbetov bildirib.