26.4 C
Gence
26.4 C
Gence

Gəncə qarnizonunda tədbirlər keçirilir

Gəncə qarnizonunda silsilə tədbirlər keçirilir.

Qarnizonun İdeoloji və Mədəniyyət mərkəzi hərbi hissələrdə təbliğat-təşviqat işləri və mədəni-kütləvi tədbirlər həyata keçirir.

Burada müxtəlif çıxışlar, konsertlər keçirilir, eləcə də filmlər nümayiş olunur. Əsgərlər üçün ekskursiya da keçirilib. Onlar Şah Abbas məscidini, Cavad xanın məzarını, Gəncə Tarix Diyarşünaslıq muzeyini, Mircəlal Paşayevin və İsrafil Məmmədovun ev muzeylərini, Azərbaycan Xalq Cümhuriyyəti müzeyini, Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya muzeyi abidə kompleksini, Nizami Gəncəvi muzeyini və məqbərə kompleksini ziyarət ediblər.

Ən Çox Oxunan