Gəncə Qarnizonunda Türkiyənin Zəfər bayramı ilə əlaqədar tədbir keçirilib. Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət mərkəzi tərəfindən 1 sentyabr tarixində Türkiyənin Zəfər bayramının və Silahlı Qüvvələrinin 99-cu ildönümü qeyd olunub.
Tədbir zamanı Nuru Paşanın Gəncədə yerləşən ev-muzeyinə ekskursiya təşkil olunub və Mustafa Kamal Atatürkün həyatı və fəaliyyəti haqda film təqdim olunub.