5.8 C
Gence
5.8 C
Gence

Gənc qadınlar tanıdıqları şəxs tərəfindən bıçaqlanıblar

Gəncədə 2 gənc qadın bıçaqlanıb. Bu haqda Gencexeber.az 17 oktyabr tarixində APA-ya istiandən məlumat verir.

Hadisə şəhərin Mağrasa bağı adlanan yaşayış massivində qeydə alınıb. 29 yaşlı Gülnarə İsmayılova və 20 yaşlı Pərvanə İsmayılova tanıdıqları şəxs tərəfindən bıçaq zərbəsi alıblar. Gülnarə baş və sol bilək nahiyələrinin kəsilmiş-deşilmiş yaraları ilə, Pərvanə isə bilək nahiyəsindən kəsilmiş yaralarla xəstəxanaya yerləşdiriliblər.

“Araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs qeyri-rəsmi yaşadığı G. İsmayılova ilə şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncuya bıçaqla xəsarət yetirib, bu zaman onları aralamaq istəyən P. İsmayılova da xəsarət alıb”, – baş inspektor, polis kapitanı Eşqin Qasımov bildirib.

Hadisəni törətməkdə şübhəli bilinən 41 yaşlı Vüsal Rzayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Ən Çox Oxunan