14.7 C
Gence
14.7 C
Gence

Gənc qadın özünü 8-ci mərtəbədən atıb

Gəncədə intihar hadisəsi baş verib. Bu haqda Gencexeber.az-a 23 avqust tarixində məlumat daxil olub.

Hadisə Yeni Gəncə qəsəbəsi, Mehmandarov küçəsi, bina 40B-də qeydə alınıb. Gənc qadın özünü çoxmənzilli binanın 8-ci mərtəbəsindən atıb. İntihar hadisəsi səhər saat 05:00 radələrində baş verib. Şahidlərin sözlərinə görə, qadin ilk öncə qapının açarını, daha sonra isə özünü atıb və yerindəcə dünyasını dəyişib. Bildirilib ki, onun bədənində xəsarət izləri olub. Qadının döyüldüyü ehtimal edilir.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunublar.

Yaxınlıqda yaşayanların sözlərinə görə, qadın bir neçə ay öncə də intihara cəhd edib. Lakin həmin vaxt onu bu addımdan saxlamaq mümkün olub.

Qadının kimliyi hələlik məlum deyil. Onun övladının olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. Məlumatlar dəqiqləşdirilir.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan