26.4 C
Gence
26.4 C
Gence

Gəncə: Qərib Mehdinin kitablarının təqdimatı baş tutub

Gəncədə 17 dekabr tarixində Qərib Mehdinin yeni kitablarının təqdimat mərasimi baş tutub. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

Tədbir Mərkəzi Kitabxananın Oxu zalında təşkil olunub. Mərasimdə şairin “Dəniz olmaq üçün” və “Canı Vətən diləyirsə” kitabları təqdim olunub. Birinci əsər yazıçının sayca 47-ci kitabıdır. Burada çağdaş və retro hekayələr, kino-ssenari, esselər və ədəbi mülahizələr var.

“Canı Vətən diləyirsə” kitabında isə yazıçı müharibə mövzusunda qələmə aldığı povestləri, hekayələri və esseləri daxil edib.

Tədbirdə yazıçı- publisist Nüşabə Əsəd Məmmədli və kitabın redaktoru Firəngiz İsmayılova kitablar haqda məlumat veriblər.

Ən Çox Oxunan