25.4 C
Gence
18.5 C
Ganja

Gəncə: polis əməkdaşları şagirdlərlə müarifləndirici söhbətlər aparıblar

Gəncənin Nizami Rayon Polis İdarəsinin təşkilatçılığı ilə şəhərin 4 saylı tam orta məktəbində şagirdlərlə görüş keçirilib. Bu haqda Gencexeber.az-ın müxbiri 17 noyabr tarixində məlumat verib.

Polis əməkdaşları “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə” mövzularında uşaqlarla müarifləndirici söhbətlər aparıblar.

“Belə görüşlərin keçirilməsində əsas məqsəd də məhz yeniyetmə və gəncləri narkomaniyanın və digər zərərli vərdişlərin mənfi nəticələri, doğurduğu fəsadlar barədə məlumatlandırmaq, onları belə neqativ əməllərdən çəkindirməkdən ibarətdir” – RPİ-nin rəisi, polis polkovniki Knyaz Həsənov söyləyib.