44 yaşlı Xasiyev Həsən yolu keçmək istəyən zaman “Opel” markalı minik maşını onu vurub. Bu haqda Apa.az xəbər verib.
Yol-nəqliyyat hadisəsi şəhərin Nizami Gəncəvi prospektində baş verib. Piyada xəstəxanaya qaldırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar hadisə iyulun 27-də Gəncənin Zülfü Hacıyev küçəsində baş vermişdir. Minik maşını yolu keçmək istəyən piyadanı vurmuşdur.