25.3 C
Gence
19.5 C
Ganja

Gəncə Olimpiya İdman Kompleksində təmir-bərpa işlərinə başlanılacaq

Gəncə Olimpiya İdman Kompleksində təmir-bərpa işlərinə start veriləcək. Bu haqda məlumatı 20 iyun tarixində KəpəzTV-yə istinadən veririk.

İdman kompleksinin direktoru İntiqam Hüseynov təmir-bərpa işlərinin başlaması üçün aidiyyətı üzrə nazirliyə müraciət edib. Əsas məqsəd Olimpiya İdman Kompleksini öncəki vəziyyətinə qaytarmaq, nüfuzunu bərpa etməkdir.

Qeyd edək ki, 20 yaşı olan kompleksdə şərait yaxşı olmasa da, hazırda kompleksdə olimpiya və qeyri-olimpiya idman növləri üzrə bölmələr fəaliyyət göstərir.