Gəncə şəhəri, Məhsəti qəsəbə sakinin iyulun 24-də anasına xəsarət yetirdiyi haqda polisə şikayət daxil olmuşdur. Nəticədə xanım avqustun 7-də vəfat edib. Bu haqda Qafqazinfo avqustun 8-i xəbər yayıb.
Aparılmış istintaq nəticəsində məlum olub ki, sərxoş vəziyyətdə olan 41 yaşlı Ramin Rüstəmov anası 64 yaşlı Svetlana Rüstəmovanı taxta parçası ilə döymüşdür. Yaşlı xanım aldığı xəsarətlərlə qızının evinə aparılmışdır. Orada 7 avqust tarixində vəfat etmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam edir.