26.4 C
Gence
26.4 C
Gence

Gəncə: Nizami Rayon Polis şöbəsinin sabiq rəisi vəfat edib

Gəncənin sabiq polis rəisi vəfat edib. Bu haqda 10 dekabr tarixində Oxu.az-a istinadən məlumat veririk.

Ehtiyatda olan polis polkovnik-leytenantı Koroğlu Qasımov 52 yaşında böyrək çatışmazlığından dünyasını dəyişib. O, 1996-2000-ci illərdə Gəncə Şəhər Kəpəz Rayon Polis Şöbəsində baş əməliyyat müvəkkili, 2000-2007-ci illərdə isə Gəncə Şəhər Nizami Rayon Polis Şöbəsində cinayət axtarışı şöbəsinin rəisi vəzifələrində işləyib.

Qeyd edək ki, Koroğlu Qasımovun qardaşı Nəvai Qasımov Kəpəz rayon Polis idarəsinin rəisidir.

Ən Çox Oxunan