24.8 C
Gence
24.8 C
Gence

Gəncə: Nizami kinoteatrı təmir olunacaq

Gəncənin yeganə kinoteatrı təmir olunacaq. Bu haqda 5 fevral tarixində Baku.tv-yə istinadən məlumat veririk.

1956-cı ildə tikilən Nizami kinoteatrı uzun illərdir yararsız haldadır. Ümumi tutumu 200 nəfərə yaxın olan bina 2000-ci illərin əvvəlində fəaliyyətini tamamilə dayandırıb. Bu günlərdə Gəncədə səfərdə olan mədəniyyət naziri kinoteatrın bərpa olunmasının vacibliyini vurğulayıb. O bildirib ki, binaya baxış keçiriləcək. Onun yenidən təmir olunması ilə bağlı layihə hazırlanacaq.

Anar Kərimov bildirib ki, yenidənqurma işləri iki mərhələdə aparılacaq. İlkin olaraq layihə hazırlanacaq, daha sonra isə təmir olunacaq.

Ən Çox Oxunan