24.1 C
Gence
24.1 C
Gence

Gəncə: Niyazi Bayramov yaralı Anar Rəhimlini ziyarət edib

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ermənilərin açdığı atəş nəticəsində yaralanan Anar Rəhimlini ziyarət edib. Bu haqda qurumun saytında məlumat dərc edilib.

Anar Rəhimli Gəncə Diqnostika Mərkəzində müalicə alır. Niyazi Bayramov yaralıya baş çəkib, onun səhhəti ilə maraqlanıb. Şəhər rəhbərinə bildirilib ki, xəstə sol qolundan güllə yarası alıb və bunun üçün əməliyyat olunacaq.

Yaralının vəziyyəti qənaətbəxş hesab olunur.

Qeyd edək ki, “Bakcell” MMC-nin əməkdaşı Anar Rəhimli xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvələri tərəfindən atəşə tutulmuşdur.

 

Ən Çox Oxunan