Gəncədə şəhər təsərrüfatı sahəsində mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib. Bu haqda məlumat Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsində 16 noyabrda paylaşılıb.
İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərliyi ilə keçirilən iclasda şəhər təsərrüfatında mövcud olan problemlər, onların həlli yolları və qarşıda duran vəzifələr barədə danışılıb. O, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işində sakinlərin haqlı narazılığına yol açan müəyyən nöqsanların olduğunu vurğulayıb.
Şəhər ərazisində mövcud nöqsanların qısa müddətdə aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsi tapşırığı verilib.