25.8 C
Gence
25.8 C
Gence

Gəncənin uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə verilir

Prezident İlham Əliyev 20 dekabr tarixində sərəncam imzalayıb. Bu haqda President.az rəsmi saytında məlumat paylaşılıb.

Sərəncama əsasən, Gəncə şəhəri üzrə şəhər İcra Hakimiyyətinin tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilir. Bu qərar yalnız uşaq evlərinə şamil edilmir.

Qeyd edək ki, Gəncə ilə yanaşı Bakı şəhərində də uşaq bağçaları və körpələr evləri Təhsil Nazirliyinin tabeliyinə keçir.

Ən Çox Oxunan