25.5 C
Gence
17.5 C
Ganja

Gəncənin ətrafında sənaye parkı yaradıla bilər

Gəncədə sənaye parkının yaradılması imkanları müzakirə edilir. Bu haqda məlumatı iyulun 28-i Report-a istinadən veririk.

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi Gəncə şəhərinin ətrafında sənaye parkının yaradılması imkanlarını nəzərdən keçirir.

“Ölkənin digər yerlərində sənaye parklarının yaradılması ilə bağlı məsələyə mütəmadi olaraq baxılır. Amma sənaye parklarının yaradılması çox da asan məsələ deyil. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə sənaye parklarının yaradılması bizi çətinliklərlə üzləşdirir. Çünki normal işçi qüvvəsinin tapılması, hazır infrastrukturun olması, sənaye müəssisələrini inşa edən şirkət üçün yaxınlıqda yaşayış massivinin olması mühüm amillərdən biridir”, – bunu Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.

Onun sözlərinə görə, Gəncədən başqa digər böyük şəhərlərin də ətrafında sənaye parkları yaradıla bilər. Lakin, bu hərtərəfli təhlilin məhsulu olmalıdır. Sosial tərəflərin düzgün dəyərləndirilməsi, eyni zamanda sənaye müəssisələrinin buna olan təlabatı araşdırılmalıdır.