Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşı yeni təyinat alıb. Bu haqda 19 aprel tarixində Report-a istinadən məlumat veririk.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Sərəncam imzalayıb. Sənədə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Nəvai Qasımov tutduğu vəzifədən azad edilib.
Polkovnik-leytenant Şəmkir Rayon Polis Şöbəsinin rəisi təyin olunub.