25.5 C
Gence
17.5 C
Ganja

Gəncənin keçmiş icra başçısının qardaşına qarşı 1 milyon manat dələduzluq edilib

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin qardaşına qarşı külli miqdarda dələduzluq edilib. Bu haqda Kriminalqafqaz.az-a istinadən xəbər veririk.

“Azneftemash” zavodunun prezidenti Şahmar Vəliyevin tanışı Cəfər Əliyev ondan, biznes qurmaq adı ilə 1 milyon manata yaxın pul alıb. O, İrandan boru gətizdirib Azərbaycanda satacaqlarını və yaxşı gəlir əldə edəcəklərini vəd etmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) cinayət işi başlanılıb.

Qeyd edək ki, cinayət işi üzrə Şahmar Vəliyevdən başqa daha 4 zərərçəkmiş var. Ümumi ziyanın miqdarı 1,8 milyon manata yaxındır.