Gəncədə küçə və prospektlərdə dezinfeksiya işləri aparılıb. Bu haqda məlumat Gencexeber.az-a fevralın 6-sı daxil olub.
MKTİB-in işçiləri kimyəvi maddələrdən istifadə edərək texnika ilə mərkəzi küçə və prospektlərlə yanaşı, şəhərin qəsəbə və yaşayış massivlərini dezinfeksiya ediblər.
Qeyd edək ki, son zamanlar bu cür tədbirlərin sayı artırılıb.