Gəncə təmsiliçisi növbəti qələbəyə imza atıb. Görüş peşəkar futbol klublarının çıxış etdiyi Azərbaycan Birinci Divizionunun 8-ci tur çərçivəsində baş tutub.
“Kəpəz” 2:1 hesabı ilə “Turan Tovuz”u məğlub edib. Hesab 35-ci dəqiqədə açılıb. Vüsal Məsimov meydan sahiblərini önə keçirib. 45-ci dəqiqədə Sadiq Şəfiyev bərabərlik qolunu vursada, 76-cı dəqiqədə Cavid İmamverdiyev komandasına qələbə qazandıran qola imza atıb.
Bu nəticədən sonra xallarını 13-ə yüksəldən “Kəpəz” “Sabah-2” ilə birlikdə müvafiq olaraq 3-cü və 4-cü yerləri bölüşürlər. Qeyd edək ki, klub 2021-2022-ci illər mövsümündə keçirdiyi oyunlarda məğlub olmayıb.