25.3 C
Gence
25.3 C
Gence

Gəncənin “Kəpəz” futbol klubundan möhtəşəm qələbə sevinci

Gəncəni təmsil edən “Kəpəz” 3-2 hesabı ilə “Zaqatala”nı məğlub edib.

Görüş Gəncə Şəhər Stadionunda keçirilib. Matç Azərbaycan Birinci Divizionunun 12-ci tur çərçivəsində baş tutub.

Oyunun hesabı 17-ci dəqiqədə “Kəpəz”in hücumundan sonra açılıb. Gəncəlilər ilk hissənin sonuna kimi daha iki qol vuraraq topların fərqini üçə yüksəltməyə nail olublar. Görüşün bitməsinə 20 dəqiqə qalmış Zaqatalalılar hesabda iki qol vursalar da, məğlub olublar.

Qeyd edək ki, Gəncəlilər sözügedən çempionatın 2021-2022-ci illər mövsümü çərçivəsində məğlub olmayıblar.

Ən Çox Oxunan