24.8 C
Gence
24.8 C
Gence

Gəncənin “Kəpəz” futbol klubu heyətini gücləndirib

Gəncəni təmsil edən “Kəpəz” klubu heyətini Premyer Liqada oynamış futbolçu ilə gücləndirib. Bu haqda klubun İnstagram səhifəsində məlumat dərc edilib.

Klub qış transfer dönəmində heyətinə Roman Hüseynovu qatıb. Yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə bağlanacaq.

Romanın sonuncu klubu “Sumqayıt” olub. Futbolçu bir neçə il öncə “Kəpəz”in heyətində oynayıb. O zamanlar klub elitada çıxış edirdi.

Xatırladaq ki, “Kəpəz” Azərbaycan Birinci Divizionu çərçivəsində cari mövsümün birinci yarısında məğlub olmayıb. Klubun göstərdiyi nəticələr yeni mövsümdə komandanın Premyer Liqanın onluğunda yer alması ilə nəticələnə bilər. Bunu, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Gəncəyə səfəri zamanı söyləmişdir.

 

Ən Çox Oxunan