19.7 C
Gence
18.5 C
Ganja

Gəncənin əhalisi 336 min 298 nəfərə çatıb

Gəncənin demoqrafik göstəriciləri açıqlanıb. Bu haqda məlumatı avqustun 13-ü Marja.az-a istinadən veririk.

Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, Gəncə şəhərinin əhalisinin sayı ilkin hesablamalara əsasən 2022-ci ilin yanvar-iyun ayları ərzində 504 nəfər artıb. 1 iyul 2022-ci il vəziyyətinə görə say 336 min 298 nəfər təşkil edib.

Qeyd edək ki, əhalinin 48,8 faizi kişilərdən, 51,2 faizi isə qadınlardan ibarətdir.