Gəncədə uşaq futbolunun inkişafında müstəsna xidmətləri olan “Kostya dayı”nın xatirəsi anılıb. Bu haqda Gencexeber.az 16 noyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat verir.
Konstantin Abramenkonun anadan olmasının 98-ci il dönümü münasibəti ilə Gəncə Futbol Veteranları İttifaqının üzvləri Fəxri Xiyabana baş çəkiblər. Ziyarət zamanı məzarın ətrafında təmizlik işləri aparılıb, ruhuna dualar oxunub və mərhuma Allahdan rəhmət dilənib.
Daha sonra məşqçinin yetirmələri Azərbaycan futboluna bir neçə güclü oyunçu nəsli bəxş etmiş dahi mütəxəssislə bağlı xatirələrini bölüşüblər. Onun məşq bölməsindən çıxan futbolçuların “Kəpəz” və “Neftçi”yə göstərdikləri xidmətlərdan danışıblar.