22.5 C
Gence
22.5 C
Gence

Gəncənin basketbolçuları növbəti qələbələrini qazanıblar

“Gəncə” BK liqa çərçivəsində növbəti oyununa çıxıb. Bu haqda Gəncə Şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər veririk.

Nizami yurdunun basketbol komandası liqada növbəti qələbəsini qazanıb. “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 24-cü turunun oyunu baş tutub. Turun bağlanış oyunu “AAAF Xırdalan” və “Gəncə” basketbolçuları arasında keçirilib. Bu vacib oyunda 94:83 hesablı qələbə qazanan “Gəncə” komandası liderləri izləməyə davam edir. Ən məhsuldar basketbolçular: Deymon Makdouel (“AAAF Xırdalan BK” – 21 xal, 4 ribaund), Amil Həmzəyev (“Gəncə BK” – 24 xal, 6 ribaund).

Ən Çox Oxunan