Gəncənin Səfəvilər küçəsində yol infrastrukturunun olmaması sakinlərin hərəkətini məhdudlaşdırıb. Bu haqda Gencexeber.az-ın müxbiri 18 noyabr tarixində məlumat verib.
Təqdim etdiyimiz fotomateriallarda göründüyü kimi orada asfalt örtüyü yoxdur. Yolun bir çox hissəsində çöküntülər var. Bu səbəbdən orada hərəkət edən avtomobillərin sürücüləri məcbur sürəti azaltmalı olurlar.
Sakinlərin sözlərinə, sözügedən ərazidən uşaqlar 36 nömrəli məktəbə gedirlər. Hava yağışlı olanda uşaqlar və valideyinləri əziyət çəkirlər.
