26.4 C
Gence
26.4 C
Gence

Gəncəni uğurla təmsil edən “Kəpəz”in əsas hücumçusu oyunu buraxacaq

Gəncəni təmsil edən “Kəpəz” növbəti görüşdə itkilərlə oynayacaq. Bu haqda klubun rəsmi İnstagram səhifəsində məlumat dərc edilib.

Azərbaycan Kubokunda bu gün “Sabah” ilə qarşılaşacaq “Kəpəz”in əsas hücümçularından sayılan Cavid İmamverdiyev oyuna qatılmayacaq. O, MOİK-ə qarşı son çempionat matçında zədələnib.

Əvvəlki turlardan zədəli olan Nicat Verdiyev ilə Nihat Fərəci də qarşıdakı matçı buraxacaqlar. Gənc futbolçuların müalicəsi davam edir.

Qeyd edək ki, Azərbaycan kuboku çərçivəsində 1/8 final mərhələsinə yüksələn komandanın oyunu “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Ən Çox Oxunan