20.8 C
Gence
14.5 C
Ganja

Gəncəni uğurla təmsil edən “Kəpəz”-dən böyük hesablı qələbə

Gəncəni təmsil edən “Kəpəz” futbol klubu 4-1 hesabı ilə “Səbail-2” üzərində inamlı qələbə qazanıb. Görüş peşəkar futbol klublarının çıxış etdiyi Azərbaycan Birinci Divizionunun 9-cu tur çərçivəsində baş tutub.

Gəncəlilər görüşün 21-ci dəqiqəsində hesabı açıblar. Əsas vaxta əlavə edilən 6-cı dəqiqədə isə Cavad Kərimov özünün ikinci, komandasının isə 4-cü topunu qapıdan keçirib.

Bu qələbə ilə xallarının sayını 16-ya yüksəldən “Kəpəz” turnir cədvəlində 3-cü yerdə qərarlaşıb. 4-1 hesablı qələbə ilə gəncəlilərin məğlubiyyətsizlik seriyası davam edir.