22.5 C
Gence
22.5 C
Gence

Gəncəni təmsil edən “Kəpəz” FK Azərbaycan kuboku uğrunda yarışacaq

Gəncəni təmsil edən “Kəpəz” futbol klubu Azərbaycan kubokunda öz qüvvəsini sınayacaq. Bu haqda Gencexeber.az 11 noyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat verir.

Sayca 30-cu kubokun 2021-2022 mövsümünün püşkü atılıb. 10-11 dekabrda keçiriləcək birinci turun oyunu çərşivəsində Gəncəlilər “Sabah” futbol klubu ilə qarşılaşacaqlar.

Qeyd edək ki, mübarizəyə 12 komanda qoşulacaq. Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı 1-ci divizion təmsilçiləri Zaqatala, Kəpəz, Qaradağ-Lökbatan və MOİK futbol klubları yarışacaqlar.

 

Ən Çox Oxunan