Gəncədə bu gün, 24 avqust tarixində narkotik vasitələri saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Nizami rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində şəhər sakini Ruhin Babayev saxlanılıb. Onun üzərindən qurudulmuş marixuana götürülüb. Əməliyyat işləri davam etdirilib. Saxlanılan şəxsin şəhərdə sahibsiz evlərin birində gizlətdiyi 2 kiloqram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.