24.8 C
Gence
24.8 C
Gence

Gəncə: narkotik dövriyyəsinə qarşı silsilə əməliyyatlar

Gəncənin bir çox ərazisində narkotik vasitələrin dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.

Baş idarənin cinayət axtarış idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən İbrahim Qocayevi saxlayıblar. İstintaq zamanı Qocayevin gizlətdiyi 4 kiloqrama yaxın qurudulmuş marixuana tapılıb. Digər əməliyyat zamanı isə Tərlan Hüseynov saxlanılıb. Onun üzərindən heroin aşkarlanıb.

Şəhərin Nizami rayonunda polis əməkdaşları şübhəli bilinən Mehti Məmmədovu və Pərvin Sadıqovu saxlayan zaman onların üzərindən heroin aşkar olunub. Növbəti saxlanılan Vidadi İsgəndərov olub. Onun yaşadığı evindən marixuana aşkar edilib.

Şəhərin Kəpəz rayonunda polis əməkdaşları Rasim Qocayevi yaxalayıblar. Onun üzərindən qurudulmuş marixuana tapılıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində onun gizlətdiyi bir kiloqramdan çox qurudulmuş marixuana üzə çıxıb.

Faktlar üzrə cinayət işləri başlanılıb və araşdırmalar davam etdirilir.

Ötən həftə ərzində kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində 12 kq-dan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Ən Çox Oxunan